Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda koksaki virusunun olduğu təsdiqləndi
Son vaxtlar Azərbaycanda əhali, xüsusilə uşaqlar arasında yeni bir xəstəlik yayılıb. Həkimlər bədəndə səpki, ishal, qusma simptomları ilə müşayiət olunan bu xəstəliyin koksaki virusu olduğunu bildirirlər.
Səhiyyə Nazirliyi Trend-ə açıqlamasında ölkədə bu virusun olduğunu təsdiqləyib.
Nazirlikdən bildirilib ki, Azərbaycanda koksaki virusuna yoluxma halları var. Artıq bəzi şəxslərə koksaki diaqnozu qoyulub.
Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev Trend-ə bildirib ki, bu xəstəliyin diaqnozu reaktivlərlə qoyulur.
Onun sözlərinə görə, bu xəstəliyə yoluxanlar həkim nəzarəti altında müalicə olunmalıdırlar. Onlar gün ərzində çoxlu maye qəbul etməli, qidalanma zamanı meyvə-tərəvəzdən istifadəyə üstünlük verməlidirlər:
“Koksaki virusuna yoluxan bəzi şəxslərdə mədə-bağırsaq pozğunluğu da olur. Bunu da qidalanma zamanı nəzərə almaq lazımdır. Onu da qeyd edim ki, adətən, koksaki xəstəliyi yoluxanlarda yüngül keçir, onun orqanizmdə elə bir fəsadı olmur. Amma xəstə özbaşına dərman qəbul etməməli, müalicəsini həkim nəzarəti altında aparmalıdır”.
Qeyd edək ki, hüceyrədaxili parazit sayılan “koksaki” virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpki özünü göstərir. “Koksaki” virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
- Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib
- Natəvan Əmirova və Nigar Rüfət qanunsuz tibbi fəaliyyətlə məşğul olublar?
Rəylər