Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Qırmızıkənd qəsəbəsində qeydə alınıb.
2004-cü il təvəllüdlü Alim İsmayılov tanışı 2006-ci təvəllüdlü İsmayıl Novruzov tərəfindən bıçaqlanıb.
Onun vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İ.Novruzov orta məktəbdə təhsil alır.
İlhamə Əbülfət