Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda nadir hadisə: narkotiklə tutulan bəraət aldı
Şəki rayon məhkəməsində hakim Kamran Süleymanov AR CM-nin 234.1-ci ( Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama ) maddəsi ilə təsdiqləndirilən Əhmədov Tərlan Abduləvvəl oğlunun işinə dair bəraət hökmü çıxarıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, 12 sentyabr 2013-cü il tarixdə çıxarılan hökm barədə təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirmiş vəkil Elmar Süleymanov məlumat verib.
“Azərbaycan üçün nadir sayıla biləcək bu bəraət hökmünü çıxaran məhkəmə həmin cinayət işi üzrə ibtidai istintaqı aparmış Şəki şəhər Polis Şöbəsinin İstintaq Bölməsinin çoxsaylı kobud qanun pozuntularını və Şəki rayon prokurorluğunun bu pozuntulara gözyummasını nəzərə alıb”-deyə vəkil qeyd edib:
“Nəticədə polis əməkdaşları tərəfindən əsassız olaraq ( T.Əhmədovun bildirdiyinə görə narkotik vasitə onun cibinə polislər tərəfindən qoyulubmuş) cinayət məsuliyyətinə sürüklənən T.Əhmədovun bəraət alaraq ədalətin bərqərar olmasının canlı şahidi və iştirakçısı olduq”.