Qəbələ rayonu, Savalan kəndində dağlıq ərazidə yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, o cümlədən Aviasiya Dəstəsinin 2 ədəd helikopteri cəlb edilib.
Hal-hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.