Azərbaycanın Təhsil Nazirliyi özəl təhsil müəssisələrində təhsilin keyfiyyətinə nəzarət edir.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, nazirlikdən hazırda bəzi ixtisaslar üzrə təhsilin özəl müəssiələrdə dövlət müəssiələrindən daha yüksək olduğunu bildiriblər.
“Bəzi özəl universitetlər hətta dövlət sifarişi əsasında tələbə qəbulu aparırlar. Azərbaycanın Təhsil Nazirliyi hesab edir ki, özəl universitetlərdə təhsilin keyfiyyəti dövlət məktəblərindən üstün olmalıdır, əks halda belə özəl ali məktəblərin fəaliyyətinə ehtiyac yoxdur” – deyə, nazirlikdən bildiriblər.
Təhsil Nazirliyi özəl ali məktəblərin inkişafı üçün hər bir şəraiti yaradır, bu zaman təhsilin keyfiyyətinə ciddi nəzarət, zərurət olduqda isə, monitorinqlər keçirilir. Hazırda idarə həm dövlət, həm də özəl ali məktəblər üçün vahid nəzarət mexanizmi tətbiq edir.
“Ali məktəblərdə təhsilin keyfiyyətinə nəzarət üzrə əsas mexanizm akkreditasiyadır. Artıq yeni tədris ilində nazirlik dövlət universitetləri ilə yanaşı bir sıra özəl ali məktəblərin də akkreditasiyasını aparacaq” – deyə, nazirlikdən vurğulayıblar.