Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmraslanovanın Ramiz adlı müəllimi təhqir etməsi ilə bağlı araşdırma başlanılıb.
Bu barədə APA-nın yerli bürosuna Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov məlumat verib.
"Hadisə barədə günorta saatlarından məlumatım var. Nəzərinizə çatıdırım ki, həftənin 6-cı günü bizdə istirahət günüdür. Məktəblər və idarə 5 günlük rejimdə çalışır. Məsələ nəzarətimizdədir. Birinci gün araşdırma aparılacaq və fakt təsdiqini taparsa, o zaman lazımı tədbirlər görüləcək, məsələyə hüquqi qiymət veriləcək".
17:19
Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmiraslanova kişi müəllimi təhqir edib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər yayılıb.
Görüntülərdən məlum olur ki, müəllimlərdən biri onun dərs saatının kəsilməsinə etiraz edib.
Bu zaman direktor onu təhqir edib və otaqdan çıxmayacağı təqdirdə müəllimi öldürtdürəcəyini bildirib.
Həmin görüntüləri təqdim edirik:
View this post on Instagramİlhamə Əbülfət
"Göygöl" teqi üzrə xəbərlər
- "Hər gün qorxa-qorxa keçirik" - Beş kəndi rayon mərkəzi ilə birləşdirən körpü TƏHLÜKƏ SAÇIR - VİDEO
- Evini muzeyə çevirən sakin: Minlərlə qədim eksponat var - VİDEO
- Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapıb
- Alyona Əliyeva Göygöl Milli Parkından paylaşım edib
- Meyiti tapılan şəxsin anasından şok iddia: "Oğlumu bıçaqlayıb, dərəyə tullayıb qaçıblar"
Digər xəbərlər