Qusar şəhərində qadını evinin qarşısında maşın vurub öldürüb.
Oxu.Az-ın ANS-ə istinadən xəbərinə görə, hadisə Müqtədir küçəsi 126 ünvanında baş verib.
Belə ki, 55 yaşlı Şəfəq Talıbova evinin qarşısında olarkən Qalib Pirəliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan qadın hadisə yerində ölüb.
İlkin ehtimala görə, hadisəyə avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.