Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.
Layihəyə əsasən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq törətmək cinayət hesab olunacaq.
Həmçinin neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədilən oğurluq da cinayət hesab olunacaq.
Bu əməllər də üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
www.anspress.com
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin