Sentyabrın 1-də “B.A.R.S.”ın təşkilatçılığı ilə heyvanların müdafiəsinə həsr edilən konsert keçiriləcək.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, “Sea Breeze” restoranında baş tutacaq gecədə müğənnilər Samira Allahverdiyeva, Elnur Hüseynov, pianoçu İsfar Sarabski və başqaları səhnəyə çıxacaq.
Gecədə dəfilə, maraqlı şoular nümayiş olunacaq.
Konsertdən əldə olunan gəlir sahibsiz heyvanların xilasına sərf ediləcək.