Tanınmış jurnalist Zöhrab Əmirxanlı vəfat edib.
Oxu.Az xəbər verir ki, oğlu Mətin Əmirxanlının APA-ya verdiyi məlumata görə, atası bu gün dünyasını dəyişib. O, atasının yuxudan oyanmadığını deyib.
Mərhum bu gün anadan olduğu Şamaxıda dəfn ediləcək.
Qeyd edək ki, Zöhrab Əmirxanlı 1958-ci ildə anadan olub. Şəkərli diabetdən əziyyət çəkib.
E.Ə.
www.oxu.az