Azərbaycanda tələbə dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" adlı "Facebook" səhifəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Texniki Universitetinin tələbəsi Vüsal Niftəliyev vəfat edib.
O, keçirdiyi xəstəlikdən sonra gözlənilmədən dünyasını dəyişib.
Mərhum Xüsusi Texnika və Texnologiya fakültəsinin II kurs magistr tələbəsi olub.
