Son vaxtlar Azərbaycanda insanların İnternetə və televiziyaya sərf etdikləri vaxtla bağlı vəziyyət kəskin dəyişib.
Belə ki, gənclər vaxtlarının daha çox hissəsini internetdə keçririrlər. Yaşlı nəslə, yaşı 35-dən çox olanlara gəldikdə isə, burada bəzən tarazlıq müşahidə olunur – internet və televiziyaya eyni miqdarda vaxt sərf olunur. Lakin əksər hallarda bu yaş qrupunda televiziya İnternetdən daha üstündür.
Oxu.Az xəbər verir ki, bu barədə Exo ilə söhbətdə Milli İnternet-forumun rəhbəri Osman Gündüz bildirib.
“Bundan başqa, son vaxtlar İnternet və sosial media ictimai rəyə televiziyadan daha çox təsir göstərir və bu sübut olunmuş faktdır. Televiziya öz auditoriyasını itirdiyi vaxtda, İnternetin auditoriyası günbəgün artır. Lakin buna baxmayaraq, gələcəkdə televiziyanın tam yoxa çıxacağını söyləmək olmaz.
Tendensiya belədir ki, Azərbaycanda auditoriya informasiyanı İnternetdən almağa üstünlük verir. Maraqlı odur ki, müxtəlif şirkətlər öz reklamlarını televiziyada deyil, İnternetdə, sosial şəbəkələrdə, Google-nin vasitəsilə və ya müxtəlif informasiya portallarında yerləşdirməyə üstünlük verirlər. Əvvəllər belə tendensiya olmayıb. Bütün bunlar İnternetin ictimai rəyə təsir göstərməsindən xəbər verir” – deyə, ekspert vurğulayıb.