Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi səkkiz faiz təşkil edir:
“Amma bu rəqəm iki faiz təşkil etməlidir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi istəyir ki, Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq ölkədə də trans yağlarının yuxarı həddini iki faiz edək. Təbii ki, bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır”.
Q.Təhməzli qeyd edib ki, enerji içkilərində olduğu kimi, trans yağlarla bağlı müvafiq normativ hüquqi sənədlər işlənilir:
“Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunacaq. Orada qeydiyyatdan keçdikdən sonra hüquqi qüvvəyə minəcək”.
İlhamə Əbülfət
Rəylər