Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda xanım deputat bir vəzifəsindən istefa verdi
Milli Məclisin deputatı Jalə Əhmədova Vinq Çun Döyüş Sənəti Federasiyasındakı vəzifəsindən istefa verib.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, J.Əhmədova artıq vəsiqəsini təhvil verib.
Bildirək ki, deputat 2018-ci ildən həmin federasiyanın I vitse-prezidenti vəzifəsini tuturdu.
Millət vəkilinin istefasına səbəb onun Azərbaycan Autizm Assosiasiyasına vitse-prezident seçilməyi ilə əlaqədardır.
Oxu.Az deputat Jalə Əhmədova ilə əlaqə saxlayıb. Millət vəkili məlumatı təsdiq edib.
Jalə Əhmədova deyib ki, Vinq Çun Döyüş Sənəti Federasiyasının inkişafı üçün əlindən gələn dəstəyi göstərib.
“Ancaq mən düşündüm ki, bundan sonrakı fəaliyyətimi autizmdən əziyyət çəkən uşaqlara yönəldim”, - deyə o əlavə edib.
Qeyd edək ki, Jalə Əhmədova həm də Vinq Çun Döyüş Sənəti Federasiyasının təsisçisidir.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"