Azərbaycan prezidenti İlham Əliyev “Dənizçi günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncama əsasən, bundan sonra hər il iyun ayının 25-i “Dənizçi günü” peşə bayramı kimi qeyd ediləcək.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.