Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycandan 30 min dollar çıxarmaq istəyən əcnəbilər saxlanıldı - FOTO
Azərbaycan gömrükçüləri külli miqdarda xarici valyuta və zərgərlik məmulatının gömrük sərhədindən düzgün bəyan edilmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda Türkmənistana getmək istəyən bu ölkənin vətəndaşları saxlanılıb və hərəkətləri şübhə doğurduğu üçün onlarla fərdi şəkildə sorğu-sual aparılıb.
Nəticədə, həmin vətəndaşların birindən 30 min ABŞ dolları, digərindən isə ümumi çəkisi 288,38 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- Avtomobil gətirənlərin nəzərinə: Gömrükdə terminal haqqı ARTIRILIB
- Xarici ticarətdə müsbət saldo 3.7 dəfə azalıb
- Yük avtomobilindən kahı formasında aparılan narkotik aşkarlandı
- İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
- Gömrük Hospitalının həkimləri: "İki ildir, maaşımız karta yüklənəndən sonra əlimizdən alınır"