Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycandan Gürcüstan və Rusiyaya dəmir yolu ilə sərnişindaşıma BƏRPA OLUNACAQ?
Mart ayından etibarən Azərbaycan və Rusiya arasında dəmiryolu ilə sərnişindaşıma bərpa olunacaq.
Bu iddia ilə Gununsesi.info saytı məlumat yayıb.
Məlumata görə, hər iki ölkənin müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.
Həmçinin qeyd olunur ki, aprel ayından etibarən Bakı-Tbilisi-Bakı qatarı yenidən istifadəyə veriləcək.
Bəs görəsən, sözügedən məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev deyib ki, hazırda Azərbaycanın quru sərhədləri bağlı olduğu üçün beynəlxalq sərnişindaşıma dayandırılıb:
"Bildiyiniz kimi, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bu səbəbdən qatarlarla beynəlxalq istiqamətdə sərnişindaşıma həyata keçirilmir".
Məhərrəm Əliyev
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Qarabağ Universitetinin Klinikası yaradılır
- Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ
- "Kitabxana işi haqqında" və "Muzeylər haqqında" qanunlara dəyişiklik son oxunuşda qəbul edilib
- Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrinə işə qəbul prosesini rəqəmsallaşdırıb
- Vüqar Bayramov: "Yeni sosial paket müavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək"
Rəylər