2014-cü ildə Azərbaycanın Dövlət Neft Fondu (SOFAZ) qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına 300 milyon manat vəsait ayırıb.
Bu barədə Oxu.Az-a SOFAZ-dan məlumat verilib.
Qeyd edək ki, SOFAZ-ın 2015-ci il üzrə təsdiq olunmuş büdcəsində qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə 150 milyon manat vəsait ayrılacağı proqnozlaşdırılıb.