Azərbaycanın dövlət orqanlarının rəsmi saytlarında yaranmış problem aradan qaldırıldı.
Xatırladaq ki, bir saata yaxın idi ki, dövlət qurumlarının gov.az domenində yerləşən rəsmi saytları açılmırdı.
Dövlət orqanlarının rəsmi internet resursu olan AzStateNet-dən Oxu.Az-a bildirilmişdi ki, buna səbəb şəbəkədə yaranmış problem olub.
11:58
Azərbaycanın dövlət orqanlarının gov.az domenində yerləşən heç bir rəsmi internet saytları açılmır.
Bu problem artıq bir saata yaxındır müşahidə edilir.
Məsələ ilə bağlı Dövlət orqanlarının rəsmi internet resursu olan AzStateNet (Azerbaijan State Network) şəbəkəsindən Oxu.Az-a bildiriblər ki, buna səbəb şəbəkədə yaranmış problemdir.
“Qısa müddətdə həmin saytların fəaliyyəti bərpa olunacaq”- deyə şəbəkənin texniki hissəsinin nümayəndəsi bildirib.