Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanın ilk universitetində yeni ixtisas və ixtisaslaşmalar açılacaq
2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) bakalavriatura və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar açılacaq.
BDU-dan Oxu.Az-a verilən məlumata görə, yeni tədris ilindən etibarən BDU-da bakalavriatura səviyyəsində "Ekologiya mühəndisliyi" ixtisası üzrə ilk dəfə olaraq kadr hazırlığına başlanılacaq.
Magistratura səviyyəsində isə 7 yeni ixtisaslaşma açılacaq. Bunlar "Korreksiyaedici təlimin metodika və metodologiyası", "Ölkəşünaslıq (Qazaxıstan üzrə)", "Ölkəşünaslıq (Özbəkistan üzrə)", "Ərzaq məhsullarının ekspertizası və marketinqi", "Şəhər kadastrı", "Akvabitkilər", "Mədəniyyət hüququ" ixtisaslaşmalarıdır.
Qeyd edək ki, Bakı Dövlət Universiteti 1919-cu ildə yaradılıb və o zaman Bakı Universiteti, daha sonra Azərbaycan Dövlət Universiteti adlandırılıb.
"Bakı Dövlət Universiteti (BDU)" teqi üzrə xəbərlər
- Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub
- Bakıda liseyin müəllimi VƏFAT ETDİ
- Baş prokurorun müavini və Qarabağ Universitetinin rektoru mühüm tərəfdaşlıq sənədi imzalayıb
- İzmirdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına həsr olunmuş panel-konfrans keçirilib
- Meteor yağışı gözlənilir - Bakıdan müşahidə etmək mümkün olacaq