Azərbaycanın orta təhsil məktəblərində psixoloq xidmətləri tətbiq olunacaq.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, hazırda idarə məktəblərdə psixoloq xidmətləri haqqında əsasnamə hazırlayır.
“Əsasnamə müvafiq təşkilatlarla birgə hazırlanır. Psixoloji xidmətlərin təqdim olunması ilə bağlı institusional xarakterli məsələlər əsasnamə təsdiqləndikdən sonra nəzərdən keçiriləcək” – deyə, nazirlikdən bildiriblər.