İsraildə Aqarunova Lio Uziyaevna – Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan və yəhudi xalqının mərd oğlu Albert Aqarunovun anası vəfat edib.
Oxu.Az xəbər verir ki, onun oğlu Rantik Aqarunovun Vesti.Az-a bildirdiyinə görə, Lio Uziyaevna (1926-cı il təvəllüdlü) 28 dekabr 2013-cü ildə xəstəlikdən dünyasını dəyişib.
İsrailə köçdükdən sonra Aqarunovların ailəsi bu ölkənin qədim şəhərlərindən biri olan Akkoda yaşayıblar.
Azərbaycan Silahlı Qüvvələrinin 1-ci tank taborunun və Albert Aqarunovun komandiri olmuş Hacı Əzimov öz döyüş yoldaşlarının adından Aqarunovlar ailəsinə başsağlığı verib.
Allah rəhmət eləsin!