Azərbaycan Müdafiə Nazirliyi Vaqif Dərgahlının Nazirliyin mətbuat xidmətinin rəisi təyin edilməsi xəbərini təsdiqləyib.
Oxu.Az-ın verdiyi xəbərə görə, nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, müdafiə naziri general polkovnik Zakir Həsənovun imzaladığı müvafiq əmrlə polkovnik-leytenant V.Dərgahlı Nazirliyin mətbuat xidmətinə rəis təyin edilib.
Qeyd edək ki, V.Dərgahlı bu vəzifəyə qədər Nazirliyin İnformasiya İdarəsində çalışıb.