2015-ci ilin yayına qədər rəqəmsal televiziya yayımına keçid başa çatmalıdır. Bu, bütün MDB ölkələrində də belədir. Biz tələsmirik. Məsələni həll etmişik, Azərbaycan ərazisi rəqəmsal yayımla əhatə olunub.
Bizim bu məsələdə əsas məqsədimiz əhalinin rahatlığıdır.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli bildirib.
Nuşirəvan Məhərrəmli qeyd edib ki, analoq yayımın dayandırılması problem deyil.
“İstənilən vaxt bunu dayandıra bilərik, lakin biz bu prosesin tədricən həyata keçirilməsinin tərəfdarıyıq”- deyə o bildirib.
J.B.
www.oxu.az