Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər bu il sentyabrın 1-də rəsmi olaraq qüvvəyə minəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts deyib.
O bildirib ki, Azərbaycan tərəfi ilə bu istiqamətdə iş davam etdirilir ki, proses zamanında həyata keçirilsin:
“Biz bu sənədin uğurla həyata keçirilməsi üçün detallar üzərində işləyirik”.
Qeyd edək ki, Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi barədə saziş ötən il Vilnüs sammitində imzalanıb.