Ay hər il Yerdən 3 sm uzaqlaşır. Bir neçə milyon ildən sonra planetimizin fırlanma sürətində dəyişiklik olacaq və günlər getdikcə uzanacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a açıqlamasında AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Planetlər və kiçik səma cisimləri” şöbəsinin əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi bildirib.
Alim deyib ki, Ay hər zaman tədqiqat mərkəzindədir:
“Yerin peyki strateji məntəqədir və zəngin enerji mənbəyinə malikdir. Ayda torpağın altında suyun olması orada həyatın olmasına dəlalət edə bilməz.
Ay strateji məntəqə kimi tədqiq edilir və onun təkamülü öyrənilir”.