Milli Məclisin deputatı Aydın Mirzəzadənin ailə həyatı qurmasından 30 il keçir.
Oxu.Az xəbər verir ki, millət vəkili bu münasibətlə toy şəkillərini Facebook səhifəsində paylaşaraq “Bu gün, 24 noyabr toyumuzun 30 illik yubileyidir. 24 noyabr 1984-cü il, şənbə günü Mingəçevirdə palatka toyu etdik. Bəy olmağıma baxmayaraq həm əvvəldən, həm də toy günü məni xeyli işlətdilər. 30 il bizə möhkəm ailə, iki gözəl övlad və maraqlı həyat bəxş etdi”- deyə şərh yazıb.
Aytən Sadıqzadə