Nikolayevdə Ukrayna ərazisində qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşı məşuqəsinin 3 yaşlı oğlunu vəhşicəsinə zorlayaraq öldürüb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, milis müəyyən edib ki, həmyerlimiz son yeddi ay ərzində demək olar ki, hər gün uşağı döyürmüş.
Onun meyiti üzərində qançır və sıyrıntı ilə yanaşı, dərin yanıq izləri də aşkar edilib. Uşaq kəllə-beyin zədəsi və beyinə epidural qansızma nəticəsində dünyasını dəyişib.
Hazırda hüquq-mühafizə orqanları uşağın 22 yaşlı anasının məşuqu tərəfindən uşağının başına gətirilən oyunlara göz yumması və onun uşağın ölümünə səbəb olmasını təkzib etmə səbəblərini araşdırır.
Qadın əvvəlcə iddia edib ki, guya onun övladı təsadüfən vannada boğulub. Lakin ekspertizanın nəticələri həqiqəti ortaya çıxarıb.
Uşağın ölümünün həqiqi səbəbləri məlum olduqdan sonra qadının 38 yaşlı azərbaycanlı məşuqu qaçmaq qərarına gəlib. Əməliyyatçılar onun ola biləcəyi hər yeri axtarıblar. Milis işçiləri onu yalnız Mariupolda tuta biliblər.
Hazırda Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndi üzrə (Xüsusi amansızlıq və ədəbsizliklə qəsdən uşaq öldürmək) cinayət işi qaldırılıb.
Bu maddəyə görə, indi həmyerlimizi 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir.