Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin (EİM) nəzdindəki təhsil-tədris mərkəzinin direktoru, professor Tərbiz Əliyev “Adam Smit” adına qızıl medala layiq görülüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, medal Azərbaycan aliminə Rusiya Təbiət Elmləri Akademiyasının rəyasət heyətinin təqdimatı əsasında “Vətən elminin qızıl fondu” proqramı çərçivəsində Avropa Elmi-Sənaye Konsorsiumunun mükafatlar üzrə departamentinin nüfuzlu komissiyasının qərarı ilə beynəlxalq səviyyədə elmin və təhsilin inkişafındakı xidmətlərinə görə verilib.