Azərbaycanda 11-ci sinifdə təhsil alan qızlar və oğlanların sayında kəskin fərq yaranıb.
SalamNews xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQKD) sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, “Şagird-məzun” elektron məlumat bazasında əksini tapmış məlumatlara əsasən, orta ümumtəhsil məktəblərinin 9-cu siniflərində 65455 oğlan və 56374 qız təhsil alır. Fərq cəmi 9081 nəfər təşkil edir.
Lakin 11-ci siniflərdə 50052 oğlan və 39122 qız təhsil alır. Böyük siniflərdə fərq 10930 nəfər təşkil edir.
TQDK sədri heasb edir ki, bu, demoqrafik proseslərlə bağlı olan hadisə deyil. Səbəb qızların məktəbi erkən tərk etmələrindədir. Əlbəttə ki, bu məlumatlar ayrı-ayrı regionlar üzrə fərqlənir.
www.salamnews.org
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin