Miçurinskdə prokurorluğun iddiası ilə məhkəmə 47 yaşlı yerli sakin və 37 yaşlı azərbaycanlı arasındakı nikahın saxta olduğunu elan edib.
Oxu.Az bu barədə “Komsomolskaya pravda”ya istinadən xəbər verir.
Xəbər verildiyi kimi toydan sonra “saxta” evlilər heç bir yerdə də yaşamayıblar, buna baxmayaraq Rusiyada müvəqqəti yaşayış üçün “ər” ərizə verib.
“Bu qəbildən olan davranış Rusiya Federasiyasının maraqlarını pozur, ona görə də biz məhkəmədə iddia qaldırdıq. RF Ailə Məcəlləsinin 27-ci maddəsinə əsasən, əgər evlənənlərdən biri nikaha ailə qurmaq məqsədi ilə girmədikdə nikah etibarsız elan edilir”, - Tambov vilayətinin Prokurorluğunun mətbuat xidmətində bildirilib.
Prokuror yoxlamasından sonra nikah bağlandığı tarixdən etibarsız hesab edilib.