2013-cü ildə Azərbaycanda 172,6 min körpə doğulub.
Oxu.Az Sia.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il Azərbaycanda doğulanların sayı ölənlərin sayından 118,3 min nəfər çox olub.
Belə ki, 2013-cü ildə ölkədə 172,6 min körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,6 təşkil edib.
Doğulanların 53,6 % oğlanlar, 46,4 % qızlar təşkil edir.
Körpələrin 2270-i əkiz, 42-si isə üçəm doğulub.