“Deportasiyanın bəlaları hələ mən doğulmamışdan əvvəl var idi. Əslində, məqsəd bizim camaatı vətənindən çıxarmaq, türksüz Ermənistan yaratmaq və oraya xaricdən gələn erməniləri yerləşdirmək idi”.
Bu sözləri Baku TV-yə müsahibəsində əslən Qərbi Azərbaycanın Amasya rayonundan olan Fətullah Abdullayev deyib.
O qeyd edib ki, bütün kəndlərdə heyvandarlığı ləğv edib, mal-qaranı erməni kəndlərinə verdikdən sonra azərbaycanlılar işsiz qaldılar.
“Bizim rayonda, eləcə də qonşu kəndlərdə dekabrın son ongünlüyünə qədər artıq heç kim qalmamışdı. Biz oradan çıxmamış kəndlərimizin adlarını da dəyişdilər”, - deyə F. Abdullayev qeyd edib.