Azərbayсanın işğal edilmiş Kəlbəcər rayonuna yerləşdirilmiş 17 yaşlı itkin erməni gənci Smbat Tsakalyanın meyiti tapılıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, meyit rayon ərazisindəki azərbaycanlı qəbristanlığında tapılıb.
Xəbər erməni mətbuatında yayılsa da, rəsmi qurumlar bunu təsdiqləməyib.
17 yaşlı Smbat Tsakalyan iyulun 10-dan yoxa çıxıb.
Ermənilər onun Kəlbəcərə doğmalarının qəbrlərini ziyarət etməyə getmiş kəlbəcərlilər tərəfindən öldürdüldüyünü iddia edirlər.
