Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanlının apardığı inəklər Rusiyaya buraxılmayıb
Azərbaycanlının Belarusdan apardığı inəklər Rusiyaya buraxılmayıb.
Oxu.Az-ın xəbərinə görə, Rusiya Daxili İşlər Nazirliyinin yol polisi əməkdaşları Belarusdan gələn nəqliyyat vasitəsini rəsmi baytarlıq nəzarət postunu keçərkən saxlayıblar.
Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını yoxlama məntəqəsinə gətirilib və kənd təsərrüfatı məhsullarına nəzarət edən idarənin mütəxəssislərinə təhvil verilib.
Yoxlama zamanı mal-qaranın mənşəyi və kliniki sağlamlığını təsdiq edən baytarlıq sənədləri, habelə Belarusdan çıxışa icazə sənədinin olmadığı aşkar olunub.
Möcvud sənədlər inəklərin yalnız Belarus Respublikasının Moqilevski vilayəti daxilində daşınması üçün nəzərdə tutulub.
Həmçinin, avtomobildə olan heyvanların sayı sənəddə göstəriləndən çox olub və inəklər barədə məlumatları müəyyənləşdirməyə imkan verən “birka”lar da olmayıb.
Bu səbəbdən mal-qara Belarusa qaytarılıb və azərbaycanlı sürücü inzibati məsuliyyətə cəlb olunub.
Günel Murad
Rəylər