Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Azəristiliktəchizat"dan VƏD: "Ən qısa zamanda asfaltlama işləri başa çatdırılacaq"
Hövsan qəsəbəsində yerləşən Elman Qasımov küçəsindəki binanın sakinləri yaşadıqları həyətin qazıldıqdan sonra bərpa edilməməsindən şikayətçi olublar.
Belə ki, bir müddət əvvəl küçədə yerləşən binanın istilik borularını dəyişmək məqsədilə asfalt qazıntı işləri aparılıb. Lakin işlər yekunlaşdıqdan sonra asfaltın bərpa edilməməsi sakinlərin haqlı narazılıqlarına səbəb olub.
Oxu.Az xəbər verir ki, məsələ sosial şəbəkədə müzakirə mövzusu olub. Sakinlər bildiriblər ki, qanunvericiliyə əsasən, bu cür qazıntı işləri aparılan zaman aidiyyəti qurumlar ərazini əvvəlki vəziyyətinə qaytarmalıdırlar. Təəssüf ki, Hövsan qəsəbəsindəki bu küçədə həmin qaydalara əməl edilməyib və asfaltın yarımçıq qalması sakinlərin gediş-gəlişində ciddi çətinliklər yaradıb.
Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı da Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən həyətin asfalt örtüyü bərpa ediləcək.
"Bir neçə gün əvvəl axıntı qeydə alınan xətdə təmir-bərpa işləri aparılması üçün həmin küçədə qazıntı işləri aparılıb. Hava şəraiti ilə əlaqədar boruların üstü örtülsə də, asfaltlanmayıb. Bu gün, yaxud sabah, yəni ən qısa vaxtda həmin ərazi asfaltlanacaq. Əlbəttə ki, hər hansı qazıntı işi aparılırsa, sonra həmin ərazi asfaltlanmalıdır. Amma yağışlı havalarla əlaqədar asfalt örtüyü vurulmamışdı. Bir daha qeyd etmək istəyirəm ki, bu gün, ya sabah bu məsələ öz həllini tapacaq, qazılan yerə asfalt vurulacaq", - deyə E.Basqallı bildirib.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Beyləqanda avtobus PROBLEMİ
- Sumqayıt İcra Hakimiyyətini sükuta qərq edən müəmmalı quyu: Nə sifarişçisi, nə icraçısı bəllidir
- Tanınmış teleaparıcı "Azəriqaz"dan ŞİKAYƏTÇİ OLDU: Qazın sərfiyyatı ona 22 qəpikdən hesablanacaq
- Hacıqabulda yolsuzluq PROBLEMİ: "Dəfələrlə desək də, HƏLL EDƏN YOXDUR"