“Azərpoçt” MMC-də istifadə olunan proqram 14 il əvvəl alınıb. Bu illər ərzində hər hansı bir yenilənməsi baş verməyib. Nəticədə sistemdə problemlər yaranır”.
Oxu.Az-ın məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev 2023-cü ildə qurumun gördüyü işlər barədə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bunun üçün avadanlıqların, cihazların hər birinin dəyişdirilməsi lazımdır:
“Bununla bağlı 2023-cü ildə xeyli işlər görülüb. Amma bu gün məsələnin tam həlli mümkün deyil. Bu problem tədricən öz həllini tapacaq ki, bu, ayrıca bir layihədir. Təəssüf ki, bunun üçün ilyarıma qədər vaxt lazımdır”.
İlhamə Əbülfət