Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azyaşlı övladları olan ana ölümlə mübarizə aparır: Artıq uşaqlarını da tanımır
1993-cü il təvəllüdlü Sevda Əli qızı Məmmədova ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun həyat yoldaşı Ramil Məmmədov məlumat verib.
O qeyd edib ki, Sevda Məmmədovanın vəziyyəti ağırdır:
"Sevda limfoma xərçəngi ilə mübarizə aparır. Xəstəliyini yeni öyrənməyimizə baxmayaraq, sürətlə inkişaf edir. 3 ay ərzində əlimdə nə var idisə, yoldaşım üçün xərclədim. Artıq maddi olaraq tükənmişəm. Baxmayaraq ki, cəmi bir neçə aydır xəstəliklə mübarizə aparırıq, çox sürətlə inkişaf etdiyi üçün yoldaşım artıq koma vəziyyətinə çatıb. İki azyaşlı övladımız var. Onları belə tanımır. Yerimə qabiliyyətini itirib. Beyin funksiyalarını yerinə yetirmir artıq. Qarşısında heç kim olmadığı halda söhbət edir. Xalqımdan xahiş edirəm, bizə dəstək olsunlar. Azyaşlı övladlarımın analarına ehtiyacı var. Onlar hələ çox balacadırlar. Bizə ilkin müalicə, kimyaterapiyalar üçün həkimlər 2000 manat pul lazım olacağını deyiblər. İki körpə balama xətir bizə kömək edin".
Ailə ilə əlaqə: (070) 368-45-88.
Yardım üçün: 4169738889210047.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Atasının imtina etdiyi 42 günlük körpənin dəstəyə ehtiyacı var: "Müalicələrini edə bilmirik"
- 32 günlük körpənin anası imdad diləyir: "Uşağa yemək almağa belə çətinlik çəkirik"
- 10 aylıq Əsma ağır yanıq xəsarətləri alıb: Təcili dəstəyə ehtiyacı var
- 23 yaşlı gəncin dəstəyə ehtiyacı var
- Üç övladı da xəstə olan ana yardım diləyir: "Bəzən günlərlə yemək ala bilmirəm"