Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bağırsaqlarının 90 faizi çıxarılan Zəhranın müalicə üçün köməyə ehtiyacı var
Səkkiz yaşlı Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Leyla Əsədova məlumat verib.
O bildirib ki, övladı 2016-cı ildə nadir xəstəliklərdən olan qapalı spina bifida xəstəliyi ilə dünyaya gəlib:
"Doğulan gündən müalicələrə, əməliyyatlara başladıq. Körpə yaşında 11 dəfə əməliyyat olundu. Anadangəlmə anal dəliyi olmadığı üçün öncə bununla bağlı əməliyyat olundu, daha sonra isə bağırsaqlarının 90%-i çıxarıldı. Zəhranın müalicəsi ilə bağlı dəfələrlə İranda və Türkiyədə olmuşuq. İyul ayında Türkiyədə yerləşən özəl klinikalardan birində Zəhranın sidik kisəsinə botoks vuruldu. Noyabr ayında isə yenidən müayinə üçün oraya yollandıq".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyaclarının olduğunu deyib.
"Zəhra illərdir müalicələr alır. O, sidiyə yalnız katater vasitəsi ilə çıxır. Onun aylıq bezləri, kataterləri, dərman və müayinələri üçün 1000-1200 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 430-94-94.
Leo Bank: 4098 5844 6764 3027.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Qolları və ayaqları yanan bir yaşlı körpə təcili əməliyyat olunmalıdır - Bir günü qalıb
- On yaşlı Yağmurun iki günü qalıb: Təcili əməliyyat olunmalıdır
- Məryəmin sizin köməyinizə ehtiyacı var: 2 yaşlı körpənin gülüşünü solmağa qoymayaq
- Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
- 32 günlük körpənin anası imdad diləyir: "Uşağa yemək almağa belə çətinlik çəkirik"