“İmişli rayonunda zorakılığa məruz qalan azyaşlı ilə bağlı işlər davam etdirilir”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, azyaşlı hazırda psixoloji reabilitasiya dövrünü keçirir:
“Qismən təhsilə cəlb edilib. Reabilitasiya dövrü başa çatdıqdan sonra onun təhsilini harada davam etdirəcəyi ilə bağlı qərar veriləcək”, - deyə o bildirib.
Qeyd edək ki, İmişlidə 13 yaşlı qız ögey atası tərəfindən təcavüzə məruz qalaraq hamilə qalmışdı. Onun dünya gətirdiyi uşaq tələf olub.
İlhamə Əbülfət