Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bakalavrlara müraciət edib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, komissiyadan verilən məlumata görə, Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı 3 iyun saat 23:59-dək uzadılıb.
2014-cü ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən ixtisaslaşma seçimində iştirak etmək üçün müsabiqə şərtlərini ödəyən bakalavrlar göstərilən vaxtadək ixtisas seçimini etməlidirlər.
Müsabiqəyə yalnız “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.