“Bakcell” mobil operatoru “CINeration” abunəçiləri üçün təqdim etdiyi Facebook sosial şəbəkəsindən pulsuz istifadə imkanı verən 0.facebook xidmətini bu gündən etibarən dayandırır.
Gün.Az-ın (www.gun.az) verdiyi xəbərə görə, şirkətdən xidmətin dayandırılmasının müvəqqəti olduğunu bildiriblər:
“Xidmətin dayandırılması yalnız texniki səbəblərə görədir və açıldığı vaxt abunəçilərə məlumat veriləcək”.
"Bakcell"lə yanaşı "Azercell" şirkəti də müştəriləri üçün pulsuz "facebook" xidmətini dayandırıb.
Artıq iki gündür ki, şirkətin abunəçiləri pulsuz "zero facebook" deyilən xidmətdən istifadə edə bilmirlər.
"Azercell" dən bildiriblər ki, şirkət təkminləşmə işləri aparır və bu səbəbdən də "Facebook" dan pulsuz istifadə müvəqqəti olaraq mümkün deyil.
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin