"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 27-də Bakı-Ağstafa, sentyabrın 28-də isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumata görə, eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfərlər təşkil olunur.
Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz.
Qeyd edək ki, eyni zamanda sentyabrın 29-dan başlayaraq artan sərnişin tələbatını qarşılamaq üçün Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.
