Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakı-Ağstafa dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edildi - FOTO
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) həftəsonu artan sərnişin tələbatını təmin etmək üçün Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edir.
Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, həmçinin Bakı-Qəbələ-Bakı marşrutu ilə hərəkət edən qatarlar da hər həftəsonu vətəndaşların xidmətindədir.
Biletləri dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Ən çox oxunanlar
Rəylər