“Paytaxt ərazisində işıq dirəklərinin elektrik naqillərin çöldə olmasına səbəb şəxs və ya şəxslərin həmin naqillərin üzərindəki qapaqları oğurlamasıdır”.
Bu barədə Oxu.Az-a “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsindən məlumat verilib.
Bildirilib ki, aidiyyəti üzrə sözügedən faktlar dəfələrlə təkrarlanıb:
“Müvafiq küçələrdə bənzər faktlar aşkarlandıqca bərpa edilib. Lakin bunlar artıq adət halı almağa başladığından biz də öz növbəmizdə məsələ ilə bağlı aidiyyəti qurumlara, hüquq-mühafizə orqanlarına məlumat vermişik. Bu kimi halların təkrarlanmaması üçün müvafiq tədbirlər görülür”.
16:24
Bakı küçələrində işıq dirəkləri ölüm saçır.
Oxu.Az-ın məlumatına görə, paytaxtın bir çox küçə və prospektlərində işıq dirəklərində elektrik naqilləri açıq şəkildə saxlanılıb. Məsələn, paytaxtın İslam Səfərli küçəsindəki işıq dirəklərində elektrik naqilləri izolyasiya edilsə də, müvafiq qaydada dirək daxilinə yerləşdirilib üzəri qapanmalı idi. Lakin təəssüf ki, fakt bunu demir.
Oxşar mənzərə bir sıra digər küçələrdə, eləcə də Salatın Əsgərova küçəsində də müşahidə edilir. Ərazidən keçənlər ehtiyatsızlıqdan həmin naqillərə toxunsalar, bədbəxt hadisələr qaçılmaz ola bilər.
Bu vəziyyət xüsusilə də uşaqlar üçün təhlükəlidir. Sözügedən küçə Xarici İşlər Nazirliyindən bir tin o tərəfə düşür. Mümkün deyil ki, aidiyyəti qurumların əməkdaşlarından heç olmasa bir nəfər, təsadüfən də olsa, bu küçədən keçməsin və mənzərəni görməsin.
Oxu.Az sözügedən məsələ ilə bağlı lentə aldığı kadrları təqdim edir:
Könül Cəfərli