Metronun “28 May” - “Gənclik” stansiyaları istiqamətində qatarların hərəkətində problem yaranıb.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, elektrik şəbəkəsinə qısamüddətli gərginlik düşüb:
“Həmin vaxt qatarların hərəkətində qısa dayanma olub. Heç bir ciddi hal baş verməyib”.
İlhamə Əbülfət