Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində toydan qayıdan ailə avtomobil qəzasına düşüb, xəsarət alanlar var.
“Report”un məlumatına görə, hadisə rayonun “Səbət bazarı” yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman anidən qarşısına mal-qara çıxıb.
Bu zaman sürücü idarəetməni itirərək qəza törədib. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər, 10 yaşlı M.Süelymanzadə, 42 yaşlı S.Məmmədova, 54 yaşlı S.Məmmədova və 40 yaşlı G.Məmmdova xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normal və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma aparılır.
23:37
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusunun qarşısına mal-qara çıxıb. Nəticədə mikroavtobus naxırdakı heyvanları vurub. Qəza zamanı “Mercedes Vito” olanlar - 1978-ci il təvəllüdllü Səbinə Məmmədova, 1980-ci il təvəllüdlü Samirə Məmmədova, 1982-ci il təvəllüdlü Gözəl Məmmədova və 2012-ci il təvəllüdlü Məhsəti Süleymanzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir.