Payız-qış mövsümü ilə əlaqədar olaraq Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.
Məlumata əsasən, 11 oktyabrdan etibarən qatar - Bakıdan-Qəbələyə yalnız həftənin şənbə günü, Qəbələdən-Bakıya isə yalnız həftənin bazar günü yola düşəcək.
Biletlər və hərəkət cədvəli haqqında məlumatı (www.ady.az) saytından, "ADY Mobile" tətbiqindən və 7/24 fəaliyyət göstərən "1822" Çağrı Mərkəzindən öyrənə bilərsiniz.
