Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakı-Quba yolundakı təhlükə: Asfalt örtüyü DAĞILIB
Bakıdan Quba istiqamətində gedən yolda yaranan problem sürücülərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, iki aydan çoxdur ki, Bakı-Quba yolunda asfalt örtüyü dağılıb. Bu isə hərəkət sürəti 90 km/saat olan yolda həm sürücülər üçün ciddi təhlükə, həm də avtomobillərin sıradan çıxması deməkdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli də Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
"Bakı-Quba yolunun 102-ci kilometrliyində olan körpünün (yol ötürücüsünün) temperatur tikişində olan asfalt örtüyü dağılıb. Əraziyə baxış keçirilib və problem əməkdaşlarımız tərəfindən ötən gün tam aradan qaldırılıb. Dağılan yerə yeni asfalt vurulub", - deyə A.Nəcəfli bildirib.

Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Yasamalda bədbəxt hadisə: Avtomobil bina tikmək üçün qazılmış bünövrəyə aşdı
- Azərbaycanda bir adamı iki məzarda "DƏFN ETDİLƏR" - Bələdiyyədən AÇIQLAMA
- Sumqayıt sakinlərinin narahatlığı: "Narazılıq edirik, deyirlər ki, pul vermişik, özümüz bilərik"
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət
- Yasamalda restoranın qarşısındakı neqativ hal aradan qaldırıldı