Bakı şəhərinin Binəqədi rayonunda, Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidəki quru otluq sahədə baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
18:48
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidə quru otluq sahədə yanğın olması barədə məlumat daxil olub.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.